İman mahiyyət etibarı ilə qəlbin təsdiqi və dilin etirafı, yəni açıq ifadəsi kimi müəyyən edilir.İmanın başlanğıcı qəlblə səmimi qəbul mənasında təsdiq olsa da, onun qəlbdə yerləşməsi, nəzəri səviyyədən davranışa çevrilməsi və bütün insana nüfuz etməsi üçün əməl, tətbiq və ibadət lazımdır. Çünki imanın qorunub saxlanması və qəlblərdə kök salması ancaq əməllə mümkündür. Ayədə Uca Allah buyurur: “Onlar ancaq mələklərin özlərinə gəlməsini, yaxud Rəbbinin gəlməsini və ya Rəbbinin bəzi ayələrinin gəlməsini gözləyirlər. Rəbbinin bəzi ayələrinin gəldiyi gün, əvvəl iman gətirməyən və ya imanında bir xeyir qazanmayan kimsəyə iman heç bir fayda verməz.Iman prinsiplərinin hər biri özü ilə müəyyən məsuliyyətlər gətirir. Məşhur inancın əksinə olaraq, iman son addım deyil; bir çox müsbət davranışlara, əxlaqi duruşlara və ibadətlərə səbəb olacaq ilk güclü addımdır.
Ali Kamal MABOÇOĞLU Türkiyə
