Rufullayev Yadulla Ramiz oğlu həbs olunub

ELAZ.İNFO xəbər verir ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Rusiya hərbi-sənaye kompleksinə dair sənədləri Rusiyadan çıxarmağa cəhd edən Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşını saxlayıblar.

 FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzindən məlumat verib ki,bu şəxs Ukrayna Təhlükəsizlik Xidməti ilə əməkdaşlığa cəlb edilmiş xarici ölkə vətəndaşı, 1989-cu il təvəllüdlü Rufullayev Yadulla Ramiz oğludur.

Təqsirləndirilən şəxs cinayətini boynuna almışdır.

Aydan

Bizimlə oxuyun
Verified by MonsterInsights