ELAZ.İNFO xəbər verir ki, AFFA-nın prezidenti Rövşən Nəcəf mətbuat konfransı keçirib. O, Azərbaycanda uşaq futbolunun inkişafı istiqamətində önəmli addımların atılmasının vacibliyini vurğulayıb: O deyib ki, -‘’Uşaq futbolu, o cümlədən regionlarda futbolun inkişafı, akademiyalarının yaradılması, strategiyada əks olunmuş problemlərdir. İnfrastruktur və akademiyaların inkişafı üçün maliyyə dayanıqlığı lazımdır. Özəl investisiyaların futbola cəlb olunması istiqamətində işlərin aparılması çox vacibdir. Klubların akademiyalarının, eləcə də bölgələrdə uşaq futbolunun inkişafı üçün AFFA lazım olan hər cür zəruri dəstəyi göstərir”.
Rövşən Nəcəf onu da qeyd edib ki, “Təhsil Nazirliyi ilə birlikdə məktəblər arasında turnirlərin, regionlarda yarışların təşkili planlaşdırılır. Klubların skautları da həmin turnirləri izləyərək onların diqqətini çəkən gənc istedadları akademiyalarına cəlb edə bilərlər’’.
Nadir HÜSEYNOV