ELAZ.İNFO xəbər verir ki, Rusiya Təbiətdən İstifadəyə Nəzarət üzrə Federal Xidmətin (“Rosprirodnadzor”) keçmiş rəhbər müavini Oleq Mitvol yeni bir cinayət işinin hədəfinə çevrilə bilər. Dələduzluq ittihamı ilə çəkdiyi cəzanı yenicə başa vuran sabiq məmurun bu dəfə dövlət sifarişlərinin icrası zamanı büdcə vəsaitlərini taladığı iddia edilir.
Rusiya hüquq-mühafizə orqanlarından verilən məlumata görə, Oleq Mitvol martın 24-də Krasnoyarsk metrosunun tikintisi zamanı yol verdiyi mənimsəməyə görə çəkdiyi 4,5 illik cəzasını tamamlayaraq azadlığa çıxıb. Lakin elə həmin gün onun sahibkarlıq fəaliyyəti ilə bağlı yeni bir yoxlama başlayıb. Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu (Dələduzluq) maddəsi. Dövlət sifarişlərinin yerinə yetirilməsi üçün ayrılmış vəsaitlərin mənimsənilməsi. Keçmiş məmurun hələlik rəsmi bir statusu yoxdur, bir neçə kompleks ekspertizanın keçirilməsi gözlənilir. Xatırladaq ki, Oleq Mitvol 2023-cü ilin sentyabrında Krasnoyarsk metrosunun layihələndirilməsi zamanı 900 milyon rubldan (təqribən 16 milyon manat) çox vəsaiti mənimsəməkdə təqsirli bilinmişdi. Məhkəmənin qərarı ilə: O, 4,5 il müddətinə azadlıqdan məhrum edilmişdi. Dövlətə dəymiş ziyanın bir hissəsi (təqribən 741 milyon rubl “Rosjeldor”a, 211 milyon rubl isə nəqliyyat idarəsinə) onun hesabına ödənilməli idi. Vəkillərinin bildirdiyinə görə, Mitvol dəymiş ziyanın bir hissəsini artıq ödəyib. Krasnoyarsk metrosunun tikintisi hələ 1995-ci ildən başlasa da, maliyyə problemləri və bu kimi korrupsiya halları səbəbindən layihə dəfələrlə dondurulub. Hazırda şəhərdə yeni podratçı tərəfindən “metrotramvay” layihəsi icra olunur.
Ruslan MƏMMƏDOV