ELAZ.İNFO xəbər verir ki, İtaliya mətbuatında yer alan xəbərlərə görə, Romanın mərkəzində yerləşən və bərpa işləri aparılan 13-cü əsrə aid Torre dei Conti tarixi qülləsi günorta saatlarında qismən uçub. Dağıntılar altında qalan dörd işçi xilas edilib, bir işçi isə ölüb.
İtaliyanın ANSA xəbər agentliyi xəstəxana mənbələrinə istinadən bildirib ki, dağıntılar altından xilas edilən rumıniyalı işçi Oktay Storiçi xəstəxanaya çatanda saat 23:05 radələrində infarkt keçirib. Bütün səylərə baxmayaraq, onu xilas etmək mümkün olmayıb və yerli vaxtla saat 00:20-də vəfat edib.
Baş nazir Giorgia Meloni hadisə ilə bağlı yazılı açıqlama verərək bildirib:
-“Romada Torre dei Continin uçması nəticəsində həyatını itirən işçi Oktay Storiçinin faciəli ölümü ilə bağlı öz adımdan və hökumətim adından dərin kədərimi bildirir və başsağlığı verirəm. Bu təsvirolunmaz ağrılı anında onun ailəsinə və həmkarlarına dərin kədərimi və səmimi başsağlığımı çatdırmaq istəyirəm. Bir daha ona, xilasetmə qruplarına və onun həyatını xilas etmək üçün yorulmaz və cəsarətli səylər göstərən bütün personala təşəkkür edirəm”.
Günel GÜNTAC
