Robert Fico Avropa İttifaqını təhdid etdi: “Yeni sanksiyaları bloklayacağıq”

ELAZ.İNFO xəbər verir ki, Slovakiya Baş naziri Robert Fico “Drujba” kəməri ilə neft nəqlinin dayandırılmasına görə Ukrayna və Avropa Komissiyasına qarşı sərt ittihamlar irəli sürüb. Fico bildirib ki, əgər Avropa Komissiyası Ukraynanın maraqlarını Slovakiyadan üstün tutmağa davam edərsə, rəsmi Bratislava Rusiyaya qarşı hazırlanan 20-ci sanksiyalar paketini bloklayacaq.

Baş nazir Ukrayna Prezidenti Vladimir Zelenskini Slovakiyaya qarşı “açıq düşmənçilik” etməkdə və iqtisadi ziyan vurmaqda günahlandırıb. Onun sözlərinə görə, Ukrayna tərəfi “Drujba” kəmərinin zədələndiyini iddia etsə də, avropalı mütəxəssislərin əraziyə baxış keçirməsinə icazə vermir. Fico qeyd edib ki, qaz nəqlinin dayandırılmasından sonra neft nəqlinin də kəsilməsi Slovakiya iqtisadiyyatına ağır zərbədir və yanacağın qiymətinin kəskin artmasına səbəb olur.

Slovakiya rəhbəri həmçinin Avropa Komissiyasını siyasi qərəzlilikdə ittiham edib. O, Komissiyanın Slovakiyada suveren siyasət yürüdən mövcud hökuməti zəiflətmək və onu liberallarla əvəzləmək niyyətində olduğunu iddia edib. Fico vurğulayıb ki, Slovakiya hökuməti milli maraqlarını qorumağa davam edəcək və ölkənin müharibəyə sürüklənməsinə imkan verməyəcək.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights