RİBERA: -“QƏZZADA BAŞ VERƏNLƏR SOYQIRIMDIR”

ELAZ.İNFO xəbər verir ki, Qəzza hadisələri ilə bağlı Avropa Birliyi öz rəsmi səhifəsində yeni açıqlamalar verib.

Avropa Komissiyasının vitse-prezidenti Teresa Ribera İsrailin hücum etdiyi Qəzzada baş verənləri soyqırım kimi qiymətləndirib.

Ribera xatırladıb ki, BMT Təhlükəsizlik Şurasının 14 üzvü atəşkəsə çağırıb.

Ribera bildirib ki, “Etiraz aksiyaları Avropa şəhərlərinə yayıldıqca, Qəzzadakı soyqırım Avropanın hərəkətə keçməməsi və yekdilliklə çıxış etməməsini ifşa edir”.

Məlumat üçün bildirək ki, İsrail isə soyqırımı bir daha inkar edib.

İlahə BAYINDIR

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights