ELAZ.İNFO, BAKI, 09.05.2025.
Bu gün əgər faşizim üzərində bir Qələbə varsa onun memarı Rusiya və yaxud da ruslar deyil. Onun əsas memarı sovetlər adlı bir xalqlar həbsxanasında yaşayan millətlərdir…!
Bu məşhur fotonu 1945-ci ilin may ayının 2-də ukraynalı fotoqraf Yevgeni Haldey çəkib.
Yevgeni Haldey o vaxt bir neçə şəkil çəkmişdi, amma ən uğurlusu bu hesab olunur.
Şəkildə Reyxstaqa bayrağı məhz Abdulhakim İsmailovun sancdığı 1990-cı ildə üzə çıxıb. O zaman fotoqrafçı Yevgeni Haldey tərəfindən çəkilmiş bu fotonun sirrinin açılmasından sonra İsmayılova Rusiya Qəhrəmanı adı verilib.
Bayraq sancılan zaman İsmayılovun yanındakı 2 şəxsdən biri, Kiyevli Aleksey Kovalyov 1997-ci ildə dünyasını dəyişib. Digər şəxs isə Minskdən olan Leonid Qoriçevdir. O, döyüşlər zamanı aldığı yara üzündən müharibə bitdikdən bir müddət sonra ölüb.
Abdulhakim İsmayılov 2010-cu ildə 93 yaşında vəfat edib.
Yevgeni Halidey 1997-ci ildə vəfat edib.
Heç kim unudulmur, heç nə yaddan çıxmır!!!
Əli İBRAHİMOV