repressiya qurbanı Əhməd Rəcəblinin doğum günüdür!

ELAZ.İNFO

Qərbi Azərbaycandan çıxıb dünyaya elmi işıqlı izlər qoyan Əhməd Cabbar oğlu Rəcəbli yalnız bir zəka sahibi deyil, həm də ruhun ucqar sərhədlərinə qədər uzanan idealların daşıyıcısıdır:

Azərbaycan Xalq Cümhuriyyətinin dəstək alıb Avropaya göndərilən 100 tələbədən biri kimi yetişdi və İtaliyanın Peruca şəhərindəki Ali Kral Eksperimental Aqrar İnstitutunu uğurla bitirdi.

O, polimat və genetik alim kimi Azərbaycanda selek­siyada ilk dəfə nadir meyvə və dənli bitki sortlarını təsvir edib onların istehsalata tətbiqinə dair tövsiyələr verdi; 100‑dən çox elmi məqalə və 24 monoqrafiyanı müəlliflik etdi.

Lakin ölkəmizin taleyi kimi onun da incidilmiş taleyi var: Stalin repressiyalarının qurbanı olaraq 1937‑ci ildə sürgün edildi, hətta sürgündə olarkən Kolıma və Maqadanda 8 il kənd təsərrüfatı ilə məşğul oldu. Azadlıqda nə qədər böyük elmi yeniliklərə imza atardı…

Burada Prezident İlham Əliyevin bu günlərdə dediyi sözləri yada düşür:
“Biz öz dövlətimizi qurduq, amma bolşeviklər bu dövləti əlimizdən aldılar. 1920‑ci ilin aprelində rus ordusu Azərbaycana daxil olub, onu işğal etdi.”

Bu yalnız siyasi tarix deyil, Əhməd Rəcəbli kimi neçə-neçə istedadlı insanın taleyində qaranlıq izlər buraxan tarixin qara səhifəsidir…

Məşhur həyat hekayəsinin bir başqa təsirli epizodu: O vaxtlar respublikanın daxili işlər naziri olan Ağasəlim Atakişiyevin oğlu Tofiq ilə Əhməd Rəcəblinin kiçik qızı Xalidə arasında sevgi yaşanır. Əhməd Rəcəbli Ağasəlim Atakişiyevin imzaladığı orderlə həbs edilmişdi. Elə Əhməd Rəcəblinin xeyir-duası ilə iki gənc öz sevgilərinə qovuşurlar (© Müzahim Ələkbərov).

Aydan

Bizimlə oxuyun
Verified by MonsterInsights