ELAZ.İNFO xəbər verir ki, İranda rejim əleyhinə etirazlar davam edərkən, bəziləri hökumətin çağırışından sonra rejimə dəstək olaraq küçələrə çıxıb.
Paytaxt Tehranın İnqilab meydanına toplaşan iranlılar Amerika və İsrail əleyhinə şüarlar səsləndiriblər.
İran Prezidenti dinc əhaliyə atəş açanların terrorçular olduğunu söyləyib.
Sözardı: İran İnsan Haqları Təşkilatı məlumat yayıb ki, dekabr ayının 28-dən başlayan etirazlarda 544 nəfər öldürülb. Bildirilib ki, çox sayda öldürülən etirazçının kimliyini hələlik müəyyənləşdirmək mümkün olmayıb. Bununla yanaşı 10681 nəfər həbs edilərək müxtəlif həbsxanalara köçürülüb. İnternet kəsldiyini görə, öldürülən və həbs olunanların sayı və kimliyinin müəyyənləşdirilməsində gecikmələr olduğu diqqətə çatdırılıb.
Natəvan Bəydili