2000-ci illərdə Suriyada neft qiymətlərinin yüksəlməsi ölkənin iqtisadiyyatına müsbət təsir göstərdi. 2008-ci ildəki quraqlıq və iqlim dəyişikliyi isə kənd təsərrüfatının çöküşünə səbəb oldu. Həmin dövrdə ölkə yerli istehsalı artırmaq və daha çox ixrac etmək məqsədilə iqtisadi islahatlar həyata keçirirdi. Amma bu yüksəliş uzun sürmədi.
2011-ci ildə başlayan vətəndaş müharibəsi Suriyanın iqtisadiyyatını tamamilə məhv etdi. Nəinki infrastrukturlar dağıldı, həm də beynəlxalq sanksiyalar ölkənin beynəlxalq ticarətini demək olar ki, dayandırdı.
Suriyanın turizm sektoru müharibədən əvvəl Yaxın Şərqin ən parlaq turizm mərkəzlərindən biri idi. Dəməşqin qədim abidələri, Palmera və digər tarixi yerlər turistləri cəlb edirdi. Lakin müharibə ölkənin turizm sənayesini böhrana yuvarladı.
Suriya iqtisadiyyatının yaxın gələcəkdə bərpa edilməsi üçün analitiklər 10 ilə qədər vaxt lazım olduğunu qeyd edirlər. Bu müddət ərzində siyasi sabitlik əldə edildiyi halda, xarici dəstək və suriyalı miqrantlar tərəfindən göndərilən vəsaitlər sayəsində iqtisadi bərpa edilə bilər.
Ekspertlər Suriyanın iqtisadiyyatının bərpa olunması üçün xarici dəstəyin vacib olduğunu qeyd edirlər. Suriyanın böyük və varlı miqrant icması var, həmçinin beynəlxalq təşkilatlar da bu bərpa prosesində iştirak etməyə hazırdır. Bu, Suriyanın bərpası üçün yaxşı bir başlanğıc nöqtəsidir, lakin hər şey siyasi sabitlikdən asılıdır.
Bu gün Azərbaycandan Suriyaya təbii qaz təchizatının başlanması ölkələr arasında əməkdaşlıq tarixində mühüm və tarixi hadisədir.
SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov avqustun 2-də Türkiyənin Kilis şəhərində Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya nəqlinə başlanılması ilə bağlı tədbirdə deyib.
“Bu əlamətdar addım, Azərbaycan, Türkiyə, Qətər və Suriya dövlət rəhbərlərinin güclü siyasi iradəsinin, regionda davamlı sülhə sadiqliyinin və iqtisadi əlaqələrin möhkəmləndirilməsinə yönəlmiş birgə səylərinin nəticəsidir. Azərbaycan və Suriya prezidentləri arasında bu ilin aprelin 11-də Antalyada keçirilmiş görüşdə, eləcə də iyulun 12-də Azərbaycana dövlət səfəri çərçivəsində baş tutan danışıqlarda enerji sahəsində əməkdaşlığın əhəmiyyəti xüsusi vurğulanmış, Azərbaycanın bu sahədə Suriyaya dəstəyinin vacibliyi qeyd olunub”, – nazir qeyd edib..
Onun sözlərinə görə, Suriyanın enerji sahəsində üzləşdiyi ciddi çətinliklər fonunda Azərbaycan qazının bu ölkəyə ixracı enerji təhlükəsizliyinə mühüm töhfə vermək məqsədi daşıyır: “Məhz bu səbəbdən ali rəhbərlik tərəfindən layihənin qısa müddətdə icrası üçün müvafiq göstərişlər verilmiş və təxirəsalınmaz tədbirlər görüb.
N.B
