Sözün izahına nəzər salaq: ” Boz kardinal (fr. Éminence grise — boz ucalıq) — “pərdə arxasında” qeyri-dövlət və ya qeyri-rəsmi güclü qərar qəbul verən və ya məsləhətçidir.
Bizim tarixdə boz kardinallar Lələlər, Atabəylər olublar. Lakin bizdəki Lələ və Atabəylər dövləti idarə etmək gücündə olmasalarda tarixdə ilk dəfə boz kardinal olaraq dövləti və kralı idarə edən şəxs Rişelye olub.
Niyə ona “Boz kardinal” deyirdilər. Əslində bu adı ona qazandıran Fransua Le Kler du Trembl idi. O, Rišelyenin gizli diplomatik tapşırıqlarını yerinə yetirirdi.
Hərçənd ki, özü kardinal deyildi, amma Rišelyenin ən etibarlı adamı idi və onun siyasətinə böyük təsir göstərirdi.
O, daim boz rahib paltarı geyindiyinə görə, sarayda ona “boz kardinal” (Rišelye isə “qırmızı kardinal”) deyirdilər.
Rişelye öz oyunlarını məhz bu adam üzərindən qurduğu üçün Boz kardinal adını almış idi..“Boz kardinal” ifadəsi sonradan kölgədə qalan, lakin güclü təsirə malik şəxs mənasında işlədilməyə başladı.
Yəni — rəsmi hakimiyyəti yox, amma əsl gücü əlində saxlayan adam.
XIII Lüdovikin atası IV Henri 1610-cu ildə qətlə yetiriləndə onun cəmi 8 yaşı olduğundan dövlətin idarəçiliyi müxtəlif qüvvələrin əlinə keçmiş, pərən-pərən olmuş, ölkə vətəndaş müharibəsinin astanasına çatdırılmışdır. Bu səbəbdən yetkinlik yaşına çatan kral 1624-cü ildə ölkənin baş naziri vəzifəsinə savadlı və hiyləgər siyasətçi-kardinal Rişelyeni dəvət edir. Rišelye əvvəlcə din xadimi idi.
İlk anlardan etibarən Rişelye Kralın sevgisini qazana bilməsədə hər hadisədən sonra XIII Lüdovik Rişelyenin təsirinə daha çox düşürdü. Kral ailəsi Rişelyeyə isti münasibət göstərmirdilər – kraliça, ana-kraliça və hətta kralın yeganə qardaşı hersoq Qaston Orleanlı Rişelye üzərində təsir əldə etmək üçün çoxsaylı qəsdlər hazırlayırdılar.
Lakin hamısının üstü qısa zamana açılır və cəzalanırdılar. Müxalifəti asanca ələ almağı bacaran Boz Kardinal onları Krala təsir vasitəsi kimi saxlayırdı. Uzun müddət krala qarşı qatı müxalif olan şəxs Rişelyenin adamı olurdu və sonradan dövlətdə müəyyən vəzifə tutur və müxalifətə düşmən kəsilirdi.
Rişelye mərkəzi hakimiyyəti möhkəmləndirdi, parlamentlər kral hakimiyyətinə tabe edildi, dini işlərə nəzarəti kralın əlində cəmləşdirdi. Faktiki olaraq isə parlament, dini qurumlar və nazirlər onun icazəsi ilə seçilirdi. Kral elə bilirdi ki, ətrafı ona sadqidir.
Lakin Rİşelye de yure onlara hakim idi. Kralın həyat yoldaşı öz qohumları vasitəsilə ona təsir etməyə çalışıb öz adamların hakmiyyətdə yerləşdirmək istəyəndə Rişelye kralı və ailəsini qısa zamanda taxtdan salmaqla hədələyirdi və fakitiki buna gücü var idi.
Rişelyenin baxışlarını müdafiə edən zadəganlar onun dayağını aldılar. Müxalifətçilərə qarşı daha qəddarcasına davrandılar. 1626-cı ilin yayında kralın ögey qardaşı Vandom hersoq Lonqvil, markiz Şale, hersoqinya Şevrez Avstraliyalı Annanın dəstəyi ilə kardinal əleyhinə sui-qəsd təşkil etdilər. Sui-qəsdin üstü açılır. Dostları tərəfindən tərk edilmiş Şale eşafota başını qoyur.
Rişelye pulu və var-dövləti çox sevirdi. O, ölkədə ən varlı adam idi. Onun illik gəliri bir neçə milyon livr idi. Faktiki olaraq Kral və ailəsi onun əlində olan bir vasitə idi. Boz Kardinal Fransanın sahibi idi.
O, özünü “Tanrının xidmətində, kralın və Fransa dövlətinin qulu” adlandırdı.
4 dekabr 1642-ci ildə Parisdəki Palais-Cardinal (indiki Luvr sarayının bir hissəsi) binasında dünyasını dəyişdi.
Kardinalın ölüm xəbərini eşidən Papa VIII Urban demişdi:”Əgər allah vardırsa, onda kardinal Rişelye çox işlərə görə onun qarşısında cavab verəcəkdir. Əgər yoxdursa…, onda o, müvəffəqiyyətli ömür sürmüşdür”
Prof.Dr. Zaur Aliyev