“Real”dan Səfər Qələbəsi, “Atletiko”dan Gözlənilməz İtki

ElAZ.İNFO xəbər verir ki, İspaniya La Liqasında XXIII tur bir sıra maraqlı nəticələrlə yadda qalıb. Madrid nəhənglərindən biri sevinərkən, digəri doğma azarkeşləri önündə xal itkisi ilə üzləşib.

Turun son oyununda liderlik mübarizəsini davam etdirən “Real Madrid” çətin “Valensiya” səfərində inamlı oyun nümayiş etdirib. Madrid təmsilçisi hər iki hissədə vurduğu qollarla “yarasa”ları 2:0 hesabı ilə məğlub edərək vacib qələbə qazanıb.

Günün ən gözlənilməz nəticəsi Madriddə qeydə alınıb. “Atletiko Madrid” öz meydanında “Betis”i qəbul edib. Gərgin keçən qarşılaşma qonaqların minimal hesablı (1:0) üstünlüyü ilə başa çatıb. Bu məğlubiyyət Dieqo Simeonenin komandasının turnir cədvəlindəki mövqeyinə ciddi zərbə vurub.

Turun digər qarşılaşmalarında da maraqlı mübarizə izlənilib:

Ev sahibiHesabQonaq
“Atletik Bilbao”4 : 2“Levante”
“Alaves”0 : 2“Xetafe”
“Sevilya”1 : 1“Jirona”

Jirona səfərdə “Sevilya” ilə xalları yarı bölərək (1:1) ilk dördlükdə qalmaq mübarizəsini davam etdirib. Atletik Bilbao” isə məhsuldar keçən oyunda “Levante”ni darmadağın edərək azarkeşlərini sevindirib.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights