İspaniyanın “Real Madrid” komandasının UEFA Çempionlar Liqasının ilk həftəsində Fransanın “Olimpik de Marsel” komandası ilə oyunu zamanı Fələstin bayraqları stadiona buraxılmayıb.
Santiago Bernabeu Stadionu rəsmiləri, Fələstin bayraqları ilə stadiona girməyə cəhd edən Marsel Olympique azarkeşlərinə:
-“Fələstin bayrağı ilə girə bilməzsiniz” -deyərək xəbərdarlıq edib.
Təhlükəsizlik əməkdaşları fransalı azarkeşlərdən Fələstin bayraqlarını toplayıb və stadionun girişindəki zibil qutusuna atıblar.
İslam MAHMUDOV