ELAZ.İNFO xəbər verir ki ,Amerika gələn həftə İranla potensial nüvə razılaşması ilə bağlı görüşəcək.
“Gələn həftə onlarla, İranla danışacağıq. Bəlkə də müqavilə imzalaya bilərik, bilmirəm. Mən bunun o qədər də lazım olduğunu düşünmürəm. Razılıq əldə edilib-edilməməsi məni maraqlandırmır.” – deyə Tramp bildirib.
Tramp əlavə edib ki, onun administrasiyası danışıqlar zamanı son yaşanan gərginliklərdən əvvəlki tələblərini irəli sürəcək.
“İstədiyimiz tək şey əvvəllər istədiklərimizdir” deyən Tramp, ilkin kəşfiyyat qiymətləndirmələrinin əksini göstərməsinə baxmayaraq, Amerikanın İranın nüvə imkanlarını uğurla məhv etdiyinə dair təkidinə görə belə bir razılaşmanın lazım olduğuna inanmadığını bildirib.
Natəvan BƏYDİLİ
