ELAZ.İNFO xəbər verir ki, Azərbaycan və Ermənistan arasında cümə günü razılaşma imzalamaq, sülh sazişi üçün başlanğıc olacaq.
Amerika dövlət katibi Marko Rubio jurnalistlərin suallarını cavablandırarkən deyib ki, “Amerika Prezidenti sülhə sadiqdir və sülhsevər prezident olmaqda qərarlıdır”
“Biz Hindistan və Pakistan müharibəyə başladıqda birbaşa müdaxilə etdik və dövlət başçısı sülhü təmin edə bildi. Bu yaxınlarda Kamboca və Tailandda bənzər hadisə yaşandı. Biz ümid edirik ki, Azərbaycan və Ermənistanla bağlı da buna nail olacağıq. Bu həftənin cümə günü razılaşma imzalamaq və onu sülh sazişinin başlanğıcı etmək üçün burada olacağıq”.
N.B