Razi Nurullayev Şəhid atasını ziyarət etdi: Qaralar kəndinin problemləri müzakirə olunub

ELAZ.İNFO xəbər verir ki, Milli Məclisin deputatı Razi Nurullayev Şəhid Baş leytenant Cavid Dədəkişiyevin atası Gülbaba kişi ilə Qaralar kəndində, öz evində görüşüb. Səmimi və açıq şəraitdə keçən görüşdə şəhid ailəsinin vəziyyəti ilə yanaşı, yerli əhalinin qarşılaşdığı çətinliklər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşün nəticələri barədə məlumat verən Razi Nurullayev bildirib ki, Gülbaba kişinin səsləndirdiyi məsələlər şəxsi xarakter daşımır. Şəhid atası daha çox yaşadığı kəndin ümumi qayğılarını, sakinlərin gündəlik çətinliklərini və həllini gözləyən mühüm məsələləri deputatın diqqətinə çatdırıb.

Deputat vurğulayıb ki, bu cür görüşlər bölgələrdə mövcud olan real vəziyyəti görmək baxımından böyük əhəmiyyət kəsb edir: “Bu müraciətlər bir daha göstərir ki, bölgələrdə mövcud olan sosial məsələlərə sistemli yanaşma və real həll yolları vacibdir.” Razi Nurullayev yaxın zamanlarda görüşün videosunu da ictimaiyyətlə paylaşacağını və qaldırılan məsələlərin həlli istiqamətində addımlar atılacağını bildirib.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights