-“Gözləri tutulmuş şəhid atası Yerevan kişini köməkçim İmişli şəhərindən gətirib müayinə etdirdi. Bir həftə öncə ona söz vermişdim ki, bunu edəcəm. “Dünya göz” xəstəxanasının rəhbərliyinə göstərdikləri köməklik üçün təşəkkür edirəm”.
ELAZ.İNFO bildirir ki, bu sözləri Milli Məclisin deputatı Razi Nurullayev deyib.
Yeri gəlmişkən qeyd edək ki, Razi Nurullayev adəti üzrə İmişli rayonununda seçicilərlə görüşdə şəhid atasının şikayətlərini dinləyib. O bir daha xalqına, seçicilərinə müraciət edib.
Millət vəkili söyləyib ki, “mən bacardığım qədər insanların arasında oluram, xeyir-şərdən qalmıram. Kəndləri evbəev gəzirəm, amma hər bir vətəndaşı ayrı-ayrılıqda ziyarət etmək üçün vaxt çatmır. Siz həmişə müraciət edin, istər mənə, istər həmkarlarıma- biz həmişə sizlərə mənəvi hüquqi dəstək olmağa hazırıq və bu kürsüdə sizlərə xidmət üçün oturmuşuq”.

Ruslan MƏMMƏDOV