Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev İmişlidə sakinlərlə ənənəvi görüşlərini keçirir.
Bunu ELAZ.İNFO-ya MCP Salyan təşkilatının sədri Ruslan Məmmədov deyib. Millət vəkili rayon mərkəzində və kəndlərdə vətəndaşlarla görüşüb, xəstələri, yaşlıları evlərində ziyarət edib.
MCP başqanı hər zamankı kimi yas məclislərində də iştirak edib.
Qeyd edək ki, Razi Nurullayev mütəmadi olaraq İmişlidə görüşlər keçirir, rayonu kənd-kənd gəzir, xəstələri, şəhid ailələri ziyarət edir, xeyir-şər məclislərində olur.
Xatırladaq ki, millət vəkili həmçinin parlamentdə və MCP-nin qərargahında da vətəndaşları qəbul edir.

Razi Nurullayev nəinki İmişli seçicilərini ümumilikdə bütün vətəndaşlarl qəbul edir, dinləyir problemləri barədə lazımi köməklik göstərmək üçün aidiyyəti üzrə tapşırıqlar verir.
Həmçini Razi bəyin tapşırıql ilə MCP-nın qərargahında həftənin 1-5-ci günləri bütün vətəndaşlar üçün, Hüquqşünas Vüqar Dadaşov tərəfindən hüquqi təmənnasız məsləhətlər verilir.
R. Məmmədov