ELAZ.İNFO, BAKI, 02.05.2025.
Elaz.info xəbər verir ki, vandallar Dəməşq yaxınlığında 16-cı əsrin görkəmli yəhudi mistiki və ari kimi tanınan məşhur kabalistin şagirdi ravvin Xaim Vitalın məzarını murdarlayıblar.
Suriyanın paytaxtında kiçik yəhudi icmasının rəhbəri Bakhour Çamntoub tərəfindən paylaşılan şəkildə 1620-ci ildə vəfat edən Vitalın məzarının yanında qazılmış çuxur göstərilir.
Ynet News yazır ki, çərşənbə günü vandallar Dəməşqdəki yəhudi qəbiristanlığına soxulub, əsas qapını sındırıb və Vitalın məzarının olduğu otağa zorla daxil olublar. “Onlar fotoda göstərildiyi kimi qalıqları axtarmaq üçün qəbrin yanında torpağı qazıblar.
Çamntoub əlavə edib ki, yerli hakimiyyət orqanlarına şikayət edilib.
Bakhour Çamntoub daha sonra əlavə edib ki, -“biz əraziyə cavabdeh olan quruma məlumat verdik, onlar dəyən ziyanı yoxlamaq üçün gəldilər və cavabdehləri axtarıb tapacaqlarına və vəziyyətə nəzarət edəcəklərinə söz verdilər”.
Natəvan BƏYDİLİ