Ramin ƏLİZADƏ: -“Neft sözünün mənşəyini də araşdırmışam”

ELAZ.İNFO xəbər verir ki, tarixçi, tədqiqatçı Ramin Əlizadə bildirir ki, “Lourens Lokkartın “Qədim və orta əsrlər dövründə İran nefti” adlı 18 səhifəlik məqaləsinin 10 səhifəsi Azərbaycanın güneyində qədim neft ənənələrindən bəhs edir”.

O vurğulayır ki, “L. Lokkart mövzu ilə bağlı tərtib etdiyi xəritədə Arazın hər iki tərəfinə Atropatene (Azarbaijan) yazıb. Allah sənə rəhmət eləsin Lokkart, sən indiki güneyli-quzeyli “azərbaycanlılar”dan çox bilmisən… “

Mövzu ilə əlaqədar olaraq Ramin Əlizadə fikrini davam etdirərək qeyd edir ki, “ilk dəfə neft sözünün mənşəyini də araşdırmışam. Azərbaycan türkcəsində işlənən neft sözü ilə bağlı xüsusi olaraq qeyd edim ki, “neft” sözü Şumercə bar7(NE), yəni “alovlanmaq, yanmaq” (axıcı alov) sözündən olub (NE şumeroqramı), lakin sonralar bu söz Akkad dilində nappat(d)u formasında işlənmiş, bu günə isə neft kimi gəlib çatmışdır”.

İlahə BAYINDIR

Bizimlə oxuyun
Verified by MonsterInsights