Ramin Əlizadə: -“Müasir Türkiyə urartuşünaslığının inkiaşfındakı rolundan bəhs etdim”

Tanınmış tarixçi, tədqiqatçı Ramin Əlizadə Türkiyədə apardığı fəal tədqiqat və araşdırma ilə bağlı səfər təəssüratlarını ELAZ.İNFO ilə bölüşüb.

O bildirib ki, “Türkiyəyə səfər çərçivəsində Prof.Dr. Halil İnalcık adına DTC Kitabxanasında olan Şumer, Akkad, Aşşur və Urartu kitablarının kataloqu ilə tanış oldum. Əsas maraqlandığım Aratta haqqında A.Berlinin, H.Vanstipoutun, P.Miçalovskinin C.Kohenin Şumer və Aratta əlaqələrindən bəhs edən araşdırma əsərləri idi. Adele Berlin’in “Enmerkar və Ensuhkrşdanna: Şumer narratov poemaları” kitabı və bu sahədə bir çox ədəbiyyat bu kitabxanada yoxdur. Amma vaxtımın çoxunu 1500 səhifəyə yaxın olan Nazif Aydının “Böyük Şumer Sözlüyü”nə sərf etdim. Bu kitabda Türk-Şumer-Akkad qarşılaşdırmalı qlosariyanın bir hissəsini incələdim (əsasən qədim tayfaların, məntəqələrin, məbədlərin adlarının izahı yönündə), sonra isə müəyyən hissəsinin surətini çıxardım”.

Ramin Əlizadə onu da vurğuladı ki, “daha sonra DTC F. Dekanı Sayın Prof.Dr. İrfan Albayrak Hoca ilə görüşdüm və bir saatdan artıq bu sözlüyü müzakirə etdik. Prof.Dr. İ.Albayrak Hocadan bir çox dəyərli araşdırmaların, eləcə də A.Berlinin kitabının pdf-ni aldım. İrfan Hocaya “Urartu mirası və müasir Ermənistan” adlı iri həcmli məqaləmin nəşr edilməmiş nüsxəsini təqdim etdim (4 dildə böyük həcmli xülasə ilə birlikdə), əsasən də Onun rəyini bilmək üçün. İrfan Hoca ilə tanınmış alim DTCF-nin ünlü simalarından olmuş Prof.Dr. Emin Bilgiç Hocanın araşdırmalarını müzakirə etdik. Onun Prof.Dr. Afif Erzen və Prof.Dr. Baki Öğünlə birlikdə Urartu ilə bağlı tədqiqatlarından, müasir Türkiyə urartuşünaslığının inkiaşfındakı rolundan bəhs etdim”.

İlahə BAYINDIR

Bizimlə oxuyun
Verified by MonsterInsights