Ramin Əlizadə: -“Azərsu”nun suyu tədricən təsir göstərən öldürücü zəhər kimidir”

ELAZ.İNFO xəbər verir ki, tarixçi,vətəndaş Ramin Əlizadə özünün sosial şəbəkə hesabında “Azərsu” Açıq Səhmdar Cəmiyyətindan və onun iş prinsipindən narazılıq edib və narahat olduğunu yazıb.

Ramin Əlizadə yazır ki, ““Azərsu” Açıq Səhmdar Cəmiyyəti çox məsuliyyətsiz və korrupsioner idarədir. Bu idarə haqqında dediklərimi əvvəlki rəhbərliyin möhtəşəm villalarının görüntüləri də təsdiqləyir. İndiki rəhbərlik də öz əməlləri ilə əvvəlkindən fərqlənmir”.

R.Əlizadə narazılığını bir məqamın üstündə kökləyir. O daha sonra yazır ki, “Bir neçə müddət əvvəl bir həftəyə yaxın su gəlmədi, indi də su yenidən kəsildi. Nə bir açıqlama verirlər, nə də suallarıma cavab? Şübhəsiz ki, ən çox korrupsiyaya bulaşmış idarədən təmiz su gözləmək də düzgün deyil. Azərbaycan vətəndaşlarının bir çox xəstəliklərdən ölüm səbəblərindən biri də “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin bizə satdığı natəmiz sudur. Bu çox ciddi məsələdir. “Azərsu”nun suyu tədricən təsir göstərən öldürücü zəhər kimidir”.

R. Əlizadə dünən peşə bayramını qeyd edən jurnalistlərə, media mənsublarına da öz iradını bildirir. O yazır ki, “Dünən medal alan mətbuatdan, yəni bu gün problemlərə susan “mətbuat”dan bu cür məsələləri işıqlandırmağı gözləmək də əbəsdir”.

İlahə ƏLİZADƏ

Bizimlə oxuyun
Verified by MonsterInsights