“Rafaeli ağlamaq” adı ilə öz halına ağlayır…

ELAZ.İNFO

Son 3-4 gündə Rafael Ağayev ilə bağlı paylaşımlar durmadan artır. Təxminən bir ay bundan qabaq ona qarşı olan biganəlikdən, ayrı-seçkilikdən, mənəvi terrordan yazmışdım.

Uşaq vaxtı yas yerlərində qohumluq əlaqəsindən asılı olmayaraq qadınların bir nəfər üçün eyni anda bu qədər ağlayıb sızlaması mənə çox qəribə gəlir, fikirlərimi qarışdırırdı. Sonradan xalalarım öz arasında danışanda öyrənmişəm ki, əslində hərə öz ölüsünə ağlayır, sadəcə dünyasını dəyişəni də ona qatıb ağlayır, hüzur sahibinə dəstək olmağa çalışırlarmış.

Bu gün Rafaelin məsələsində onminlərin səfərbər olması da həmin səhnəyə bənzəyir. Əslində hərə öz sahələrində qarşılaşdığı haqsızlıqları, gördüyü ədalətsizlikləri, insan yerinə qoyulmamasını bu yolla dilə gətirir, sanki “Rafaeli ağlamaq” adı ilə öz halına ağlayır…

Roman Tağıyev

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights