Rəsul MİRHƏŞİMLİ: -“Bütün yaş qrupları eyni xəstəliyin daşıyıcılarıdır”

ELAZ.İNFO, BAKI, 13.05.2025.

ELAZ.İNFO xəbər verir ki, telefonların yaydığı radiyasiya insanın qan hüceyrələrinə zərər verir. Telefon dalğaları o qədər güclüdür ki, 50 dəqiqə istifadə edildikdə belə insanın beynində bəzi dəyişikliklərə səbəb olur, insanlarda 30% miqdarında diqqəti yayındırır. Mobil telefonun zərərləri çoxdur. Bu zərərlər təkcə onu daşıyan şəxsə deyil, eyni zamanda ətraf aləmə, təmsil olunduğumuz cəmiyyətə də təsirsiz ötüşmür.

Mobil telefonların yolda, ictimai nəqliyyatda yaratdığı mövcud görüntüyə toxunan jurnalist Rəsul Mirhəşimli söyləyir ki, “ictimai nəqliyyatda mobil telefonlar əsl problemə çevrilib. Metroda qatara minmək istəyirsən, baxırsan ki, bir dəstə vaqonda özünə söykənəcək tapıb, ətrafdan təcrid şəkildə telefona aludə olub. Qatardan düşüb, tələsərək avtobusa yetişmək istəyirsən, əlində telefon mesaj yazan, videolara baxanların asta yerişi ilə keçid koridorlarını bağlamasından yol tapıb keçmək mümkün deyil. Avtobuslarda da eyni problem”.

Rəsul Mirhəşimli onu da vurğulayır ki, “görünən budur ki, bu dərdin əlacı tapılmayacaq. Telefon aludəçiləri yalnız gənclər deyil, bütün yaş qrupları eyni “xəstəliyin” daşıyıcılarıdır”.

İlahə BAYINDIR

Bizimlə oxuyun
Verified by MonsterInsights