Rəsmi Bakını strateji müttəfiqlik səviyyəsinə qayıtmağa  çağırırıq

ELAZ.İNFO xəbər verir ki,  Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Rəsmi Bakını ölkələr arasında münasibətləri strateji müttəfiqlik səviyyəsinə qaytarmaq üçün tədbirlər görməyə çağırırıq. Dövlətlər arasındakı bütün problemli məsələlər diplomatik yolla həll edilə bilər.

“Ümid edirik ki, ikitərəfli münasibətləri pozmaq istəyənlər növbəti təxribatçı addımlardan çəkinəcəklər. Bu addımlar artıq az olmayıb. Qeyd etmək lazımdır ki, bu addımlar dövlətlərarası münasibətlərə ciddi zərər vurur”, – deyə o bildirib.

Aydan ŞƏRBƏTOVA

Bizimlə oxuyun
Verified by MonsterInsights