Rəhman Mustafayev Rusiyanın Xarici İşlər Nazirliyinə çağırıldı

ELAZ.İNFO xəbər verir ki, bu gün Rusiya Xarici İşlər Nazirliyinə çağırılan Azərbaycanın Moskvadakı səfiri Rəhman Mustafayev nazirliyin binasını tərk edib.

Bununla bağlı TASS yazır ki, səfir Rəhman Mustafayev diplomatik missiyada bir saata yaxın olub.
Səfir heç bir şərh vermədən Smolenskaya meydanındakı nazirliyin binasını tərk edib.

Onu da qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyi bundan əvvəl Azərbaycan səfirinin Bakının qeyri-dost hərəkətləri və rusiyalı jurnalistlərin qanunsuz saxlanması ilə bağlı çağırılacağını bildirmişdi.

İslam MAHMUDOV

Bizimlə oxuyun
Verified by MonsterInsights