Rəcəb Tayyib Ərdoğan Qəzzaya gedəcək?

ELAZ.İNFO xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan yaxın gələcəkdə Qəzza zolağını ziyarət edə bilər.

O, bu barədə bu gün AKP-nin Rizə vilayətində keçirilən toplantısında çıxış edərkən açıqlama verib: “Öncə Qəzzaya mən gedəcəyəm, sonra siz”.

Ərdoğanın bu bəyanatı alqışlarla qarşılanıb.

P.S. Yeri gəlmişkən, ABŞ hökuməti gələn həftə Misirdə keçiriləcək Qəzza mövzusundakı liderlər sammitinə Azərbaycanı da dəvət edib.

P.P.S. Şükürlər olsun ki, Qəzzada qan tökülməsi dayandırıldı. Netanyahunun xarabazara çevirdiyi Qəzza üçün artıq yeni dönəm – sülh və dirçəliş dövrü başlayır.

Tanrı Qəzzanı, Sincanı (Uyğur türklərini), Güney Azərbaycanı, Kərkükü, Dərbəndi, Borçalını – bütün Türk-İslam dünyasını zalımlardan qorusun!

Bəybala MİRZƏYEV

Siyasi şərhçi

Bizimlə oxuyun
Verified by MonsterInsights