Parodiya sözü qədim yunan sözüdür. Mənası (παρά – “yanında”, “əleyhinə”, ᾠδή – “”mahnı”) budur. Satirik ədəbiyyatın növlərindən biri; hər hansı ədəbi cərəyanı, janrı, məşhur yazıçını, yaxud əsəri məsxərəyə qoymaq məqsədini güdür.
“Bu Şəhərdə”nin “Ev Dar” adlı konsertində Qurban Qurbanovla bağlı səhnəcik müzakirələrə səbəb olub. “Bu şəhərdə”nin prodüseri və ssenaristi Müşfiq Abbasov görün nə deyir: “25 illik səhnə fəaliyyətimizdə 400-ə qədər konsertimizdə yüzlərlə insanı parodiya etmişik. Onların içində incəsənət xadimləri, məmurlar, idmançılar və s. təbəqədən olan insanlar yer alıb. Hər adamı da parodiya etmirik. Cəmiyyətə və tamaşçıya maraqlı olan insanları gündəmdə saxlamağa çalışırıq”.
Bayram Nurlu, Xoşqədəm Hidayətqızı, Cavad Rəcəbli, Elza Seyidcahan, Əkbər Əlizadə, Elgiz və s. kimi adamları parodiya ediblər. Bəzən şit hərəkətlər elə həddə çatır ki, adamda ürəkbulanma yaranır. Mənim düşüncəmə görə adlarını sadaladığım “görkəmli adam”lardan sonra Qurban Qurbanovu parodya etmək tərbiyəsizlikdir…
Etibar Əliyev
