Quranda haram aylar haqqında

Haram aylar haqqında Qurani-Kərimdə belə buyurulmuşdur:
Ət-Tovbə-36. “Həqiqətən, Allah yanında ayların sayı göyləri və yeri yaratdığı gündən bəri Allahın Kitabında 12-dir. Bunlarda 4-ü haram (Rəcəb, Zilqədə, Zilhiccə və Məhərrəm) aylarıdır. Bu, doğru dindir, İbrahim və İsmailin gətirdikləri dinin doğru hesabı və hökmüdür. Ona görə də həmin aylarda özünüzə zülm etməyin.”
Qəməri təqviminin adından göründüyü kimi, Ayın hərəkəti əsas götürülərək tətbiq olunmuş təqvimdir. Miladi 622-ci ildə Peyğəmbər Məkkədən Mədinəyə hicrət etmişdir. Bununla əlaqədar olaraq bu təqvimə Hicri-qəməri adı verilmişdir. Məhərrəm ayı Hicri-qəməri tarixinin ilk ayı və haram aylardan biridir. Bu ay böyük və əzəmətli aydır. Allah seçdiyi bu ayları öz fəzilət və ehsanı ilə şərəfləndirib, insanların da bu aylara hörmət bəsləməsini istəmişdir.
Buna müvafiq olaraq, Allah, bu ayların hörmətini qoruyacaq hökmlər
endirmişdir. Məsələn, bu aylarda müharibə edib qan tökmək haram buyurulmuşdur. Bu aylarda çoxlu Allaha yalvarmaq, günahlarımızı istiğfar
etmək, bir-birimizə qayğı göstərmək, ehsan etmək və Allahın bütün yaratdıqlarını sevib, canidildən Allahdan başqa heç bir Allahın olmadığını qəlblə təsdiq etmək buyurulmuşdur.
Məhərrəm ayının 10-cu günü başqa Peyğəmbərlər tərəfindən də ehtiram və hörmətlə qarşılanmışdır və bu gündə xüsusi mərasimlər keçirilmişdir. Ərəblər İslamdan əvvəl cahiliyyət dövründə bu günü oruc tutar və Kəbə evinin örtüyünə təzim göstərib dəyişərdilər. Belə ehtimal olunurdu ki, bu adət İbrahim Peyğəmbər kimi keçmiş Peyğəmbərlərin şəriətindən gəlmişdi.
Ümumiyyətlə, Məhərrəmin 10-cu günü ilə əlaqədər tarixdə bu gündə baş vermiş hadisələr haqqında çoxlu məlumatlar qeyd edilmişdir. Bunlardan ən müdhişi isə Aşura günü baş vermiş Kərbəla faciəsidir ki, bütün tarixin məcrasına təsir etmişdir. Çünki bu faciə Peyğəmbərimizin öz nəvəsi haqqında “Hüseyn məndəndir, mən də Hüseyndənəm”, “Kim Hüseyni sevərsə, Allah da onu sevər” deyib, əzizlədiyi istəkli nəvəsi İmam Hüseynin başına gətirilmişdir.
Hətta Quranda buyurulmuş bu ayəni –“Ya Rəsulullah! De:- Mən sizdən bütün risalətin müqabilində Əhli-beytimə məhəbbətdən başqa bir şey istəmirəm (Şura-23)-deyib, buyurulduğuna baxmayaraq, təəssüf ki, həmin insanlar əmanətə
xəyanət etmişlər. Bu insanlar tərəfindən Peyğəmbərin nəvəsi öz doğmaları ilə birlikdə, vəhşicəsinə qətlə yetirilmişdir.
Hicrətin 61-ci ili Mühərrəm ayının onu, cümə günündə baş verən qanlı hadisə bu günə qədər İslam dünyasına öz təsirini göstərməkdədir.
Aşura günündə, Kərbəla çölündə baş vermiş bu qanlı hadisə-İmam Hüseynin və əzizlərinin vəhşicəsinə qətlə yetirilməsi bütün dünya tarixində böyük bir çevriliş etdi və İslam tarixində 14 əsr bundan əvvəl baş vermiş bu hadisə indi də, hətta dünya durduqca da insanları İslam dini uğrunda birliyə və şücaətə çağıracaqdır.
Lakin bu bir həqiqiqətdir ki, bütün İslam dünyası Kərbəlada baş verən bu hadisə ilə daima intahandadır. Çünki, əgər İmam Hüseyn Allah və Onun dini uğrunda hər şeyindən keçməsəydi, bu gün İslam dinindən əsər əlamət belə qalmazdı. Həm də Hz.Peyğəmbər Quranı və Əhli beyti bizə əmanət və vəsiyyət etmişdir. Qiyamət günü mütləq bu əmanət haqqında bizdən sorşu-sual olunacaq. İmam Hüseyndə, İslam dininin məhv olduğu bir zamanda onu qorumaq üçün öz canından və əzizlərinin canından keçmişdir. Bu gün bəziləri, İslam tarixindən xəbəri olmayanlar, onun hakimiyyət uğrunda mübarizə apardığını deyirlər. Ancaq həmin dövrdə hakimiyyət başına gələn, İslam dininin qatı düşmənləri olan Əməvi tayfasının, tarix boyu Peyğəmbərimizlə mübarizə və müharibə etdiklərini, Bədr, Uhud və digər müharibələrin, məhs bu tayfa ilə apardığını demirlər.Yezid və babaları daima Peyğəmbərimizə, onun evladlarına və İslam dinini məhvinə çalışmışlar. Bir sözlə 90 il hakimiyyətdə olan Əməvi tayfası və sonra da hakimiyyətə gəlib, 500 il hökmranlır edən Abbasilər daima Peyğəmbərimizin evladlarına qarşı mübarizə aparmışlar. Bütün İmamlar sui-qəsd və xəyanət nəticəsində Şəhadətə çatmışlar. Bu gün də bu siyasət davam etməkdədir. Əsas səbəb də İslam dinini təriqətlərə və tayfalara bölərək məhv etməkdir.
Əlbəttə Allahı, Onun dinini,Peyğəmbərimizi və onun bizə əmanət və imtahan vasitəsi kimi vəsiyyət etdiyi evladlarını, elmin qapısı olan Hz.Əlini sevmək və qəlblərimizdə yaşatmaq üçün nə iranlı, nə də ki, turanlı olmaq lazım deyildır. Yalniz, İslam dinindən olmaq kifayətdir.

Mənzər AĞAYEVA

İlahiyyatçı

Bizimlə oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Verified by MonsterInsights