Azərbaycan-Amerika münasibətlərinə toxunan siyasi şərhçi Qulamhüseyn Əlibəylİ ELAZ.İNFO-ya bildirib ki, “Amerikanın Azərbaycanla münasibətlərinin gərginləşməsi Azərbaycan tərəfinin ucbatından olmayıb. Bu, əvvəlki Bayden administrasiyasının tutduğu siyasi xətt olub. İndi isə sevindirici hal hesab etmək olar ki, Tramp administrasiyası bir qədər fərqli davranır”.
ABŞ-Azərbaycan arasında əlaqələrin yaxşılamasına qarşı qısqanclıqla yanaşan dövlətlərinyürütdüyü ikili, üçlü münasibətlərə öz fikrini açıqlayan siyasi şərhçi vurğulayıb ki, “ Doğrudur, bəzi dövlət rəsmilərinin açıqlamaları qıcıq doğurur. Amma bu administrasiya çalışır ki, hər yerdə dövlətin imicini qaldırsın. Bir sözlə, təkcə bir ölkəyə, diaspora yönəlik siyasət yeritmirlər. Hərtərəfli, çoxşaxəli siyasətə üstünlük verilir. Əslində Prezident İlham Əliyevin bu söylədikləri adi diplomatik nəzakət xatirinə deyilən fikirlər deyil. Bu sözlərin arxasında müəyyən fikirlər, real ola biləcək projelər dayanır”.
İlahə BAYINDIR