Elaz.info xəbər verir ki, fasiləsiz yağan yağışlar nəticəsində Quba rayonunun Güləzi kəndində torpaq sürüşməsi baş verib. Nəticədə kənddəki bir sıra evlərə və yardımçı təsərrüfatlara zərər dəyib.
Sürüşən torpaq layları kəndin əsas yolunu bağlayıb. Kənd sakinlərinin gediş-gəliş xəttinin bağlanması kənd sakinləri arasında narahatlıq yaradıb.
Aidiyyatı orqanlar Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eləcə də Quba Rayon Fövqəladə Hallar Komissiyasının nümayəndələri əraziyə baxış keçiriblər. Mövcud vəziyyət qiymətləndirilərək ölçü götürülüb.
Esmira RƏHİMOVA -Quba