Qoyun yunundan hava və suyu təmizləmək olar

ELAZ.İNFO xəbər verir ki, rusiyalı alimlər hava və suyun təmizlənməsində istifadə olunan katalizatorların effektivliyini artırmaq üçün gözlənilməz bir üsul tapıblar. Novosibirsk Kataliz İnstitutunun mütəxəssisləri titan-oksid əsaslı təmizləyicilərə adi qoyun yunu əlavə etməklə onların gücünü bir neçə dəfə artırıblar.

Ənənəvi təmizləyici materiallar (titan-dioksid) yalnız ultra-bənövşəyi şüalar altında işləyir ki, bu da günəş spektrinin cəmi 5%-ni təşkil edir. Yeni üsul isə katalizatorun adi otaq işığında və görünən günəş şüalarında (spektrin 45%-i) aktivləşməsinə imkan verir. Alimlər yun liflərini xüsusi titan məhlulu ilə isladır; Material 600 dərəcə istilikdə yandırılır; Yun tamamilə yox olsa da, onun elementləri titan-dioksidin strukturuna hopur və materialın rəngini ağdan krem rənginə dəyişir.

Mütəxəssis Dmitri Selişşevin sözlərinə görə, bu üsulla hazırlanan katalizatorlar xəstəxanalarda, laboratoriyalarda və zərərli istehsalat sahələrində havanın təmizlənməsi üçün əvəzsizdir. Eyni zamanda, bu texnologiya çirkli suları üzvi piqmentlərdən və əczaçılıq tullantılarından təmizləmək gücünə malikdir. Alimlərin növbəti hədəfi bu katalizatorlardan istifadə edərək öz-özünü təmizləyən örtüklər yaratmaqdır. Bərpa olunan biomaterialdan (yun) istifadə edilməsi bu kəşfi “yaşıl kimya” prinsiplərinə tam uyğun edir.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights