Qoymayın dünyanı adiləşməyə…

O, şeirlərinin birində “Qoymayın dünyanı adiləşməyə” deyirdi…

Söhbət yeni Azərbaycanın təpədən-dırnağa milli adamlarından biri olan böyük söz ustası, şair Məmməd İsmayıl`dan gedir.

Son illərdə Türkiyə ilə Azərbaycan arasında sözdən, şeirdən və bilimdən körpü quran prof. Məmməd İsmayıl həm yaradıcılığı ilə, həm də yaşam tərzi ilə uca Şəxsiyyətlərdən birinə çevrilmişdi.

O, bir çoxlarından fərqli olaraq hələ sağlığında ikən özünə, əslinə-nəslinə rəhmət qazanmağı bacarmışdı.

Ona görə də dünən son evinə də böyük sevgi ilə, sayğı ilə yola salındı.

İllər öncə biz gənclər onu həm də “Gənclik” (“Molodost”) dərgilərindən və AzTV-dən tanımışdıq. Məmməd bəy 1988–1992-ci illərdə “Gənclik” jurnalının baş redaktoru, 1992–1993-cü illərdə isə “Azərbaycan Televiziya və Radio Verilişləri” şirkətinin (AzTV) idarə heyətinin sədri olmuşdu.

Onunla görüşlərimizi, söhbətlərimizi xatırlayıram. Ölkəmizin güclənməsi, Türk dünyasının bütövləşməsi adına bütün yenilikçi ideya və təkliflərə, önərilərə açıq insan idi.

Ruhu şad olsun!

Bəybala MİRZƏYEV

Siyasi şərhçi

Bizimlə oxuyun
Verified by MonsterInsights