Qoryaçkina birinci dövrəni ardıcıl heç-heçələrlə başa vurdu

ELAZ.İNFO xəbər verir ki, Kiprin Nikosiya şəhərində keçirilən qadın şahmatçıların İddiaçılar Turnirində yeddinci turun oyunları başa çatıb. Rusiyalı qrossmeyster Aleksandra Qoryaçkina ağ fiqurlarla Çin təmsilçisi Çju Tszinerlə qarşılaşaraq növbəti heç-heçəyə imza atıb. Bununla da Qoryaçkina turnirin birinci dövrəsində keçirdiyi bütün yeddi partiyanı sülhlə yekunlaşdırıb.

Yeddinci turun digər oyununda Yekaterina Laqno (Rusiya) hindistanlı Divya Deşmux ilə bərabərə qalıb. Hazırda qadınların turnirində ukraynalı Anna Muzıçuk 4,5 xalla vahid liderdir. Ondan sonra hindistanlı Vaişali Rameşbabu (4 xal) gəlir. Qoryaçkina, Laqno, Çju Tsziner və Deşmuxun hərəsinin aktivində 3,5 xal var. Səkkizinci turda, aprelin 7-də iki rəqib — Laqno və Qoryaçkina üz-üzə gələcək.

Kişilərin turnirində rusiyalı Andrey Esipenko çinli Vey İyə məğlub olaraq üçüncü uğursuzluğunu yaşayıb. Turnirə Özbəkistan təmsilçisi Javaxir Sindarov 6 xalla liderlik edir. İkinci yerdə amerikalı Fabiano Karuana (4,5 xal), üçüncü və dördüncü yerlərdə isə Aniş Giri və Praqnandxa (hər biri 3,5 xal) qərarlaşıblar. Esipenko növbəti turda lider Sindarovla qarşılaşacaq.

Qeyd edək ki, hər iki turnir iki dövrədən və 14 turdan ibarətdir. Qaliblər dünya tacı uğrunda hazırkı çempionlar — hindistanlı Dommaraju Qukeş və çinli Tszüy Ventszun ilə qarşılaşmaq hüququ qazanacaqlar. Şahmat turniri aprelin 15-də yekunlaşacaq.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights