Qorxmaz İbrahimli: -“Bu adamlar şəhərimizi və bizləri çərlətməklə məşğuldurlar”

ELAZ.İNFO-ya Bakı şəhərində yerləşən küçə və prospektlərdə, yollarda olan tıxaclardan danışan “Biosfer” İctimai Birliyinin sədri Qorxmaz İbrahimli bildirib ki, “Bakımızın bir Cavanşir körpüsü deyilən yol ötürücü estakadası var idi. Vaxtilə altından dəmir yolu da keçərək limandan Türkmənistan, Qazaxıstan əsas olmaqla Xəzər dənizimiz vasitəsilə idxal və ixrac yükdaşımasının ana arteriyası idi. Sonradan limanın şəhər kənarına köçürülməsi səbəbindən bu dəmir yolu istifadə olunmadı. Amma Cavanşir körpüsü və yan tərəfindəki yollar o ərazimizin yoğun avtomobil axışını ləyaqətlə gerçəkləşdirdi”.

Birlik sədri vurğulayıb ki, “Bakı şəhərimizin nəqliyat infrastrukturunu məhv edən işbilməzlər bu ötürücünü sökməklə indi təqribən 16 saat Yusif Səfərov və Afiyəddin Cəlilov küçələrində tıxac yaranmasına səbəb oldular”.

Q. İbrahimli sonda onu da söylədi ki, “insanların sağlığı, əsəbi öndə olmaqla nə qədər maddi sıxıntı yaşadıqlarını deməklə bitməz. Bu adamlar şəhərimizi və bizləri çərlətməklə məşğuldurlar”.

İlahə BAYINDIR

Bizi izləyin və paylaşın

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights