Mömin etibarlı insandır. Etibarlı olmaq onun xüsusiyyətidir. Uca Allah buyurur:
-“Onlar öz əmanətlərinə və vədlərinə sadiqdirlər”.
“Müsəlman o kəsdir ki, xalqı dili və əli ilə əmin-amanlıqdadır.
Müsəlmanları və möminləri etibarlılıq baxımından təyin edən Allah Rəsulu möminlərə hansı şəraitdə olursa olsun, etibarlı olmağı tövsiyə etmişdir. Hətta qonşusuna güvən verə bilməyən insanın həqiqi imana çata bilməyəcəyini bildirmişdir.
Məkkəli müşriklərin zülm və işgəncələrindən xilas olmaq üçün Həbəşistana hicrət edən müsəlmanların sözçüsü Cəfər b. Əbu Talib Həbəş padişahı Nəcaşinin hüzurunda etdiyi nitqdə dedi:
-O, Peyğəmbərin etibarlılığına və sədaqətinə xüsusi önəm verdi və xüsusilə onlara etimadlı olmağı və əmanətə hörmət etməyi əmr etdiyini bildirdi.
Ali KAMAL MABOÇOĞLU
Türkiyə üzrə müxbir