“Qloballaşan dünyada din siyasəti: yeni reallıqlar və perspektivlər” mövzusunda regional konfrans keçirild

ELAZ.İNFO xəbər verir ki, bu gün Zaqatalada “Qloballaşan dünyada din siyasəti: yeni reallıqlar və perspektivlər” mövzusunda regional konfrans keçirildi.

Konfransı giriş sözü ilə açan Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə milli-mənəvi və tolerantlıq dəyərlərinin qorunması məqsədi ilə keçirilən maarifləndirmə tədbirlərinin keçirilməsinin əhəmiyyətli olduğunu vurğuladı.

Mübariz Əhmədzadə bildirdi ki, “dini icmalarla qarşılıqlı münasibətlərin formalaşması nəticəsində rayonda dini durum sabitdir, dini etiqad azadlığının təmin olunması, milli-mənəvi dəyərlərin qorunub saxlanması üçün davamlı tədbirlər həyata keçirilir”.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov çıxışı zamanı söylədi ki, “ölkəmizdə insanlara münasibət inancına, etnik-mədəni köklərinə görə deyil, onun vətəndaş kimliyinə görə formalaşır. Bu, dövlətin istinad etdiyi ideoloji sütunlardan biri olmaqla bərabər, həm də bütövlükdə cəmiyyətimizin ümumi konsensus əsasında formalaşan baxışlar sistemidir”.

Milli Məclisin deputatı Azər Kərimli qeyd etdi ki, “bu günkü konfransın mövzusu aktualdır. Din siyasətinin balanslı və inklüziv şəkildə qurulması vacib məsələlərdən biridir”.

Konfransda geniş məruzə ilə çıxış edən Azər Kərimli bildirdi ki, “bu məsələdə Azərbaycanın yanaşmasının nümunəvi xarakter daşıması və İslam dəyərlərinə sadiq qalmaqla yanaşı, sekulyar və tolerant cəmiyyət modelini təqdim etməsi təqdirəlayiq haldır”.

Regional konfrans öz işini digər natiqlərin çıxışları ilə davam etdrdi.

Lila Məmmədova- Zaqatala

Verified by MonsterInsights