Qlobal Əlillik Sammitinin rəsmi açılış mərasimi baş tutdu.
İordaniya və Almaniya hökumətlərinin və Beynəlxalq Əlillik Alyansının təşkilatçılığı ilə aprel ayının 2-də Berlində Qlobal Əlillik Sammiti işə başladı. Rəsmi açılış mərasimində Almaniya Federativ Respublikasının kansleri Olaf Şolz, İordaniya Haşimilər Krallığının kralı II Abdulla ibn Əl-Hüseyni, Beynəlxalq Əlillik Alyansının prezidenti Navaf Kabbara çıxış etdilər, BMT Baş Katibinin müavini Amina Mohammadin video müraciəti dinlənildi.
100-dən çox ölkədən 3000-dən çox şəxsin iştirakı ilə keçirilən Sammit 2 gün davam edəcək.