Uşaqlarda kontrol müayinənin önəmi haqqında sizlərə məlumat vermək istəyirəm. Uşaqlarda xəstəliklərin və qalıcı əlilliklərin qarşısını almaq üçün doğuşdan etibarən müntəzəm müayinələr böyük əhəmiyyət kəsb edir. Böyümə və inkişafın monitorinqi, müəyyən xəstəliklərin hərtərəfli qiymətləndirilməsi,qabaqlayıcı tədbirlərin vaxtında aparılması nəticəsində bəzi xəstəliklər problem olmaqdan çıxır.
Bəzi xəstəliklərin bəzilərinin siyahısını qeyd edirəm ki, uşaqlar üçün nə qədər təhlükəlidir.
Qızılca- Qızılca virusun yaratdığı uşaqlıq infeksiyasıdır. Rubeola adlanan qızılca asanlıqla yayılır və kiçik uşaqlar üçün ciddi və hətta ölümcül ola bilər. Həkimlər həyəcan təbili
Ailəvi Akdəniz xəstəliyi və ya FMF xəstəliyi – təkrarlanan və özünü məhdudlaşdıran hərarət, qarın ağrısı, oynaq ağrısı və döş qəfəsində ağrı epizodları ilə xarakterizə olunan genetik irsi xəstəlikdir. Ailəvi Akdəniz xəstəliyi Şərqi Aralıq dənizi mənşəli icmalarda, xüsusilə yəhudilər, türklər, ermənilər və ərəblər arasında yayılmış bir xəstəlikdir.
PFAPA sindromu – oral aftların, faringitlərin və limfa düyünlərinin şişməsinin müntəzəm olaraq vaxtaşırı təkrarlanan qızdırma ilə müşayiət olunduğu bir xəstəlikdir. PFAPA sindromu periodik qızdırma sindromları kimi qruplaşdırılan xəstəliklərdən biridir.
Qız Uşaqlarında Vaginal Axıntı – bütün yaş qruplarında olan qızlarda görülə bilən ümumi bir vəziyyətdir. Bəzi qızlar doğulduqdan sonra həyatın ilk həftəsində vaginal qanaxma ilə qarşılaşa bilər. Bu qanaxma estrogenlərin anadan çıxarılması ilə əlaqədardır və normal fizioloji vəziyyətdir. Heç bir araşdırma və ya müalicə tələb olunmur. Məktəbəqədər yaşdan olan qız uşaqlarında görülə bilən vaginal axıntılar adətən təhlükə yaratmayan hormonal ifrazatlardır. Kiçik qız uşaqlarının hələ cinsi həyatı olmadığı üçün bu axıntı vaginal iltihabla qarışdırılmamalıdır.
Uşaqlarda Polen Allergiyası- Polen allergiyasının daha az rast gəlinən simptomdur, o daha çox mövsümi allergiya və ya allergik rinit kimi tanınır. Asqırmağa və gözlərin sulanmasına səbəb olan eyni inhalyasiya edilmiş allergenlər dəridə qaşınma, qırmızı, iltihablı qabar və ya köpəşmələrə səbəb ola bilər.
Pediator Adilə Vəliyeva