Qızıl tarixi rekord qırdı

Qızıl tarixi rekord qırdı: Bir unsiya ilk dəfə 4400 dolları keçdi!

Dünya maliyyə bazarlarında tarixi anlar yaşanır. Qiymətli metalların “kralı” hesab olunan qızılın qiyməti bütün zamanların ən yüksək həddinə çataraq psixoloji baryeri aşdı.

ELAZ.İNFO xəbər verir ki, bu gün Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 4408,6 dollar səviyyəsinə yüksəlib. Bu, bəşər tarixində qızıl üçün qeydə alınan ən yüksək qiymət göstəricisidir

Qiymət Artımının Səbəbi Nədir?Ekspertlər bu kəskin artımı bir neçə əsas amillə əlaqələndirirlər.Dünya mərkəzi bankları ehtiyatlarını qızılla gücləndirməyə davam edir.Qlobal münaqişələr və iqtisadi qeyri-müəyyənlik investorları “təhlükəsiz liman” olan qızıla yönəldir.Dolların alıcılıq qabiliyyətinin aşağı düşməsi fonunda metalın dəyəri artır.Analitiklərin fikrincə, bu hələ son deyil. Bəzi beynəlxalq banklar (məsələn, Bank of America) qızılın 2026-cı ilin sonuna qədər 5000 dollar həddini keçəcəyini proqnozlaşdırırlar. Cari ilin əvvəlindən bəri qızılın qiyməti 60%-dən çox artaraq son 40 ilin ən güclü illik sıçrayışını nümayiş etdirib.

Ruslan MƏMMƏDOV

Bizimlə oxuyun
Verified by MonsterInsights