Qızıl 4000 dollara qədər yüksələ bilər

ELAZ.İNFO, BAKI, 14.05.2025.

Bond King kimi tanınan DoubleLine Capital baş direktoru Jeffrey Gundlach qızılın qiymətinin 4000 dollara qədər yüksələ biləcəyini proqnozlaşdırır.

ELAZ.İNFO xəbər verir ki, Bond King kimi tanınan və dünyanın ən böyük sərvət fondlarından olan DoubleLine Capital-ın baş direktoru Jeffrey Gundlach qızılın qiymətinin 4000 dollara qədər yüksələ biləcəyini proqnozlaşdırıb. Gundlach qızılın təhlükəsiz sığınacaq olaraq ön plana çıxdığını və investorların riskdən qaçma meylinin artdığını bildirib.

DoubleLine Capital-ın CEO-su Jeffrey Gundlach, qızıl qiymətlərinin indiki səviyyələrindən çox arta biləcəyini və bir unsiya üçün 4,000 dollara qədər yüksələ biləcəyini proqnozlaşdırdı. Qızılın qiyməti hazırda Gundlachın təxmininə görə 20 faiz artımla 3,345 dollar ətrafındadır.

Gundlach CNBC-yə deyib: “Qızıl artıq yalnız qısamüddətli spekulyasiyalar üçün deyil, həm də geosiyasi qeyri-müəyyənlik və yüksək qlobal borc səviyyələri səbəbindən təhlükəsiz sığınacaq kimi də görülür”. O, həmçinin qeyd edib ki, fiziki qızıla əsaslanan ETF-lərin qlobal bazar həcmi aprel ayında 11 milyard dollar artaraq 397 milyard dollara çatıb.

Goldman Sachs 2025-ci ilin sonuna qədər qızıl hədəfini 3700 dollar olaraq açıqlayıb.

Gundlach, həmçinin S&P 500 indeksinin 4500-ə düşə biləcəyini, bu da mövcud səviyyələrdən 20 faiz aşağı düşəcəyini vurğulayıb.

Goldman Sachs, UBS və Bank of America kimi maliyyə qurumlarının da qızıl qiymətinin hədəflərini qaldıraraq, qızılın qeyri-müəyyən iqtisadi siyasətlər və potensial iqtisadi yavaşlama qarşısında etibarlı sığınacaq kimi önə çıxacağını bildirib.

İlahə BAYINDIR

Bizimlə oxuyun
Verified by MonsterInsights