Site icon

Qızdırma və qusma ilə başlayır!

ELAZ.İNFO xəbər verir ki, uşaqlarda bu simptomlara diqqət yetirin.


Pediatrlar 4 aydan 2 yaşa qədər uşaqlarda rotavirusun daha ağır keçə biləcəyini ifadə edərək bildirirlər ki, “Bu infeksiyada ən böyük risk bədəndən mayenin sürətlə itirilməsidir. Ona görə də müalicədə əsas məqsəd itirilmiş maye və mineral balansını bərpa etməkdir. Əgər uşaq maye ala bilirsə, onlara bol su vermək və uyğun qidalanma ilə dəstəkləmək vacibdir”
Rotavirus ishalın ən çox yayılmış səbəblərindən biri hesab olunur, xüsusən də 5 yaşa qədər uşaqlara təsir göstərir. Bəzi ailələr tərəfindən diqqətdən kənarda qalan və peyvənd cədvəlində məcburi olmadığı üçün müalicə olunmayan bu infeksiya azyaşlı uşaqlarda ciddi maye itkisinə səbəb ola bilər, hətta həyati təhlükə yarada bilər.

Adilə Vəliyeva Pediator

Bizi izləyin və paylaşın
Exit mobile version