Qız oğurluğu işində ŞOK İMTİNA: Şübhəli danışmaq istəmir

ELAZ.İNFO xəbər verir ki, Smolenskdə doqquz yaşlı qızın oğurlanması ilə bağlı cinayət işinin fiquranı ifadə verməkdən və istintaqla əməkdaşlıq etməkdən imtina edir.

Hüquq-mühafizə orqanlarından əldə edilən məlumata görə, şübhəli şəxs ifadə verməyi qətiyyətlə rədd edir. Bununla yanaşı, ona vəkil təqdim edilib və araşdırmalar davam edir.

Xatırladaq ki, qız evindən 300 metr aralıda tapılıb və axtarışların üçüncü günündə sağ-salamat aşkar edilib.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights