Qız 7 aylıq hamilə imiş

ELAZ.İNFO xəbər verir ki, Astara rayon sakini 17 yaşlı Əfsanə İmanova toyu günü həyatını itirib.

Qonşu kənd sakini Vələddin Quliyevin dediyinə görə mərhum Dolu kənd sakini olub: onlar Bakının Zirə qəsəbəsində yaşayırmışlar.Qız 7 aylıq hamilə imiş. Valideynlər bu vəziyyəti gizlətmək üçün tələsik toy təşkil ediblər.

Toy oktyabrın 28-i saat 13:00-da başlayıb, lakin bir saat sonra qızın vəziyyəti qəfil pisləşib. O, dərhal xəstəxanaya aparılıb. Müayinə zamanı məlum olub ki, 7 aylıq döl artıq bətnində ölüb. Təəssüf ki, saat 15:00 radələrində qızın özü də dünyasını dəyişib”.

Hadisə ilə bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır.

Aydan

Bizimlə oxuyun
Verified by MonsterInsights