ELAZ.İNFO xəbər verir ki, “Nəqliyyat qiymətinin artırılması tamamilə məntiqsiz və ədalətsiz addım hesab olunur. Bunun heç bir iqtisadi əsaslandırması yoxdur və sosial cəhətdən birbaşa yolverilməz haldır. Əslində, gediş haqqı məntiqlə ən azı iki dəfə aşağı olmalıdır”.
Bunu Elçin Bayramlı özünün sosial şəbəkədə bildirib.
O, qeyd edib ki, son illərdə gətirilən yeni avtobuslar sıxılmış qaz və ya elektriklə işləyir. Bu texnologiya digər avtobuslara nisbətən yanacaq xərclərini minimum 3 dəfə azaldır. Nəqliyyatda gediş xərcinin maya dəyəri də ən azı 3 dəfə aşağı düşüb. Belədirsə, qiymətlərdə artım yox, əksinə, azalma olmalıdır.
Ötən illərə nisbətən sərnişin sayı artıb. Bu səbəbdən qiymətlərdə endirimlər olunmalıdır. Bir sözlə, nəqliyyat gediş haqqı artırılmamalıdır.
Aydan