Qırmızı Xaç Cəmiyyətini adi aferistdən fərqləndirən sadəcə reklamı imiş

ELAZ.İNFO xəbər verir ki, Almaniyada bir bloger Qırmızı Xaç cəmiyyətini (QXC) yoxlamaq üçün eksperiment aparıb. Yoxsullara yardım kimi krossovkasını QXC-yə təhvil verib. Lakin ayaqqabısının içliyinin altına GPS-treker yerləşdirib.

GPS-trekerin siqnalları sayəsində krossovkasının hara aparıldığını kompyuterindən izləyib. Məlum olub ki, onun son dayanacağı Bosniyada işlənmiş mallar mağazası olub. Tənbəllik eləməyib, gedib həmin mağazaya.

Ayaqqabı mağazada €10-ya satılırdı. Mağazanın heyətindən krossovkanı haradan aldıqlarını soruşanda onlar ayaqqabının Almaniyadan gəldiyini deyiblər, lakin QXC-nin adını çəkməyiblər.

QXC-ni adi aferistdən fərqləndirən sadəcə reklamı imiş.

Asif ŞƏFƏQQƏTOV

Bizimlə oxuyun
Verified by MonsterInsights