ELAZ.İNFO xəbər verir ki, Qırğızıstanın paytaxtı Bişkekdə yazıçı Çingiz Aytmatovun vəfatının 17-ci ildönümü ilə əlaqədar “Cengiz Aytmatov, Türk dünyasının gələcəyi” forumu keçiriləcək.
Türkiyə və digər türk dövlətlərindən olan elm adamlarını, siyasətçiləri və fanatları bir araya gətirəcək forumun açılışı iyunun 10-da Qırğızıstan Elmlər Akademiyasında, iyunun 11-də Qırğızıstan-Türkiyə Manas Universitetində (KTMU) davam etdiriləcək.
TRT AVAZ yazır ki, Çingiz Aytmatov İnstitutunun rəhbəri, professor İlyas Topsakal açıqlamasında bir sıra rəsmi görüşlər keçirmək və yazıçının anım tədbirlərində iştirak etmək üçün Qırğızıstanda olduqlarını bildirib.
Topsakal qeyd edib ki, yazıçının ilk anım tədbiri iyunun 10-da Ata-Beyit (Ata evi/Atalar qəbiristanlığı) kimi tanınan Ata-Beyit Milli Tarix-Memorial Kompleksində yazıçı və atasının məzarları başında keçiriləcək.
Çingiz Aytmatov İnstitutunun ilk tədbir kimi Bişkekin seçilməsinin vacib olduğunu vurğulayan Topsakal anım tədbirləri çərçivəsində 10-11 iyun tarixlərində “Türk dünyasının gələcəyi Çingiz Aytmatov” forumunun keçiriləcəyini açıqlayıb.
İlahə BAYINDIR