Qədim türk yurdu BƏYDİLİ

ELAZ.İNFO Mərhum FƏLSƏFƏ ELMLƏRİ DOKTORU PROFESSOR YADİGAR TÜRKEL-in milli dəyərləri özündə etiva edən məqalələrini silsilə şəklində çap edəcəkdir.

Düşünürük ki,gənclərin tarixi keçmişimizi daha etibarlı mənbədən öyrənə bilmələri üçün faydalı olacaqdır.


Gözümü açıb dünyaya baxandan kolxozlaşmanın “donosçular”ının satdığı, Stalinizmin yarımqula çevrdiyi, II Dünya Müharibəsinin süngüyə çekdiyi bir El gördüm. Bu Elin budagları kəsilmiş, beli sındırılmışdı. 37-nin soyqırımı gorxunc yeltek onun üstünden əsmişdi. Seçmə igidleri “xalg düşmeni”, “trotskiçi-zinovyevçi” adı ile güllelenmiş, Orta Asiyaya, Gazaxıstana sürülmüşdü. Elliklə psixozlaşdırılmış bu Elin oğulları 1950-ci illerin sonunda belə suçunu trotskiçi-zinovyevçilikle “ölçürdü”, “Zinoofçu çıxmışam, səsim alınıb?” – deyirdi. Onun üstündə indi də Plen damğası vardı.
Bu El, Azerbaycanın ən gedim yurdlarından olan Biləsuvarda, Bolqarçayın sol yanını özüne yurd etmiş, Guzey – Güney Azerbaycanda, Türkiyədə, İrakda, Suriyada yaşayan böyük Türk Elinin parçası idi – Bəydili Eli.
13-cü yüzilliyin ərabdilli alimi F. İ. Raşidaddinin saydığı 24 esas Türk tayfasından biri Bəydilidir. Bəydililer – babamız Oğuzun üçüncü oğlu Ulduz xanın uşagları idi.
Beydili – böyüklerin sözü kimi əziz (Abul Gazi Bahadır xan: “Türkmenlerin menşeyi”). Beydili – şirin dilli bey dilli.
Beydili – Sefeviler dövletinde önemli rolu olmuş böyük bir Türk Elinin kiçik bir parçasının aran yurdu.
120 yaşında ölmüş Sadat qocam Rus sınırının bu tayında qalan Beydililerin 13 göbek olduglarını deyirdi: Adgözellilər, Haceyvazlılar, Əzizxanlılar, Garacikkelilər, Gocabəylilər… Muğanda əkib-biçerdik, böyük bostanlarımız olardı. Yazın başlarında galxardıg dağlara. Ərdebil dağlarında bütün göbəklerin öz yeri vardı. Talış dağlarında da yaylagımız vardı. Dağa köçende hər göbekden bir kişi galardı Muğanda.
Muğanda Bəydililerlə yan-yana, Xarmandalı kəndində yaşayan Xarmandalıların Masallıda da Xarmandalı adlı kəndləri vardır. Bir Bəydili Salyanda, biri de Göyçaydadır.
Rus çarı aşandan sonra bolşevikler gəldi. Zorla kolxozlaşdırma başladı. Kişilərimizin çoxu öldürüldü, qaça bilenlər o taya gaçdı.
Gözlərimizin yaşı gurumamış, 37-nin gara yeli əsdi. Heç düzələ bilmedik. İkinci Dünya Müharibesi igidlerimizi uddu, qızlarımızı gözüyolda, analarımızı ağlar qoydu…
Bu elde xatunlar çadra örtmeyib. Böyüklərə sayğıdan yaşmaq tutublar. nə Sadatın, nə gızları Fatmanın, Tutunun, ne Arastanın, ne Bənövşənin, nə Sonanın, nə Gönçənin, nə Gülceyranın, nə Gülzarın, ne Tellinin… çadra örtdüyünü görmedim.
Necə də sevimliydilər onlar. 25-30 yaşlarından nişanlısız, adaxlısız, ərsiz, arxasız galmış gözellik, ləyaqət, qeyrət simvolu nənəlerimiz. Gecələr segahla ağı deyib, “gedergelmez”ə gönderilenlerini ağlayan, arı-duru, gözəl analarımız.
1918-in Göllü Yangınında iki oğlunu havaya atıb, göyde süngüyə keçiren Rus-ermeni-bolşevik soldatının vehşiliyini görmüş Arasta nənəm II dünya Müharibəsinin udduğu oğlunun itkisine dözmədi, gecə-gündüz Heydər deyib, balam deyib öldü.
Fatma nənəm deyirdi: Bolşevik ordusu Bolgarçayın sağındakı təpənin yanında yerleşib, dan yeri sökülendə Beydilini topa tutdu. İlk top kəndin gırağındakı deyirmana atıldı.-Dəyirman Oruc bəy babamın olub- Dəyirman od tutub yandı. İndi ondan təkce dəmir özüller galıb. Kişilerimiz goşunbaşını Bolgarçayın yanında öldürəndən sonra Rus-ermeni ordusu çəkilib getdi. Göllünü yandırıb yaxdıglarını sonra eşitdik. Bəydili kişileri xatunlarla uşagları Ağçaladan Şorsuluya qaçırdılar. Bolşevikler Şorsulunu tutmuşdular, ora bolşevik idi. El sağ qaldı. Ancag 1954-55-dək rahat yaşamadı bu El. Bığ yerleri tərləyənde yurdundan sürülənlərdən kimlərse 40-50 yaşlarında gayıdırdı. Gayıdanlar da “Plen”, “xalg düşmeni” damğası ilə Sibirin, Kominin buzlaglarında, Gazaxıstan çöllerinde çekdikleri ağrı-acıların törətdiyi xəstəliklərlə.
O illərdən ən yadda qalan şəylərdən biri erik, alça, fındıg ağacları, yüz metrlerle uzanan bostanlardakı “ağız yandıran” yemişlər, yatmış gara toğlulara bənzər garpızlar, Bolqarçayın “Elsaxlayan” çəki balığıdır.
Bütün şeyləri bir anda eden “millet ataları” yurdumuzun İran Respublikası ilə sınırını Türklərdən boşaltmaq istəyilə Lerik, Yardımlı rayonlarında yaşayan soydaşlarımızı Arana köçürüb yurdlarını dağıdanda Bəydili, Xarmandalı torpağı, Bolqarçay onları yedirtdi, saxladı.
Bəydili İkinci Dünya Müharibəsinin dünyanı süngüye çekdiyi illərdə Ukraynadan köçürülən Yahudiləri də qanadı altına alıb yedirtdi. Fatma nənəm deyirdi: gece-gündüz yatmadıg, işlədik, əkdik, biçdik, yaşadıq, balalarımızı saxladıq. O illərdə elə bil təbiətin insanlara yazığı gəlmişdi. Bağlar ərik, gilas, alça, fındıgla dolurdu. Bolqarçaydan tutulan balıg Bəydilileri qurtarırdı. Beləcə, ana torpag öz doğma balalarını yaşatdı.
Bənövşə nənənin də ocağı belə ocaqlardan olub. Orada yerli yiyəsizlərdən başga Yardımlıdan gəlmə neçə belə oğlan uşağı vardı. Yağıların köklerini 30-cu illerden qırmağa başladığı Əzizxanlıların gəlini Bənövşə özünün üç sağırından başga neçəsini böyütdü: Hacı, Gıcı, Matlab, Şamil. Onlardan üçü universitet bitirdi, kolxoz sədri, müəllim oldu, Bakıda işlədi.
El yenicə dirçəlir, yəni soy, qat yetişirdi. Düşüncələrdən “xalg düşməni”, “plen”, “zinovyev”çi damğaları silinirdi. Ancaq Azerbaycanın üstündən başga bir gara yel əsməyə başladı: 1970-80-ci illerin hay-küyçülük, yalan öhdəliklər, qızıl bayraglar yeli: insanların başına DDT-lər, heksoxloranlar, pestisidlər səpilən təntənəli yığıncaqlar, sürəkli alqışlar illəri. Ölkenin, Azerbaycanlıların varlığının bazara çıxarıldığı, bütün şeylərin uzunsürəli ölümə yöneldildiyi illər.
Pestisidlerden gediklərdəki gül-çiçek od tutub yandı. Çöllərdəki lalenin kökü kəsildi. Mal-qara yeyən qanqal bele qurudu, yoxa çıxdı.
Bu, qorxulu cinayətə təkcə insan dözdü, ancag necə? Mədə-bağırsağın xronik xəstelikləri, gara ciyerin serrozu, ginekoloji xəstəliklərlə. Urusdan gızıl ulduz almaq istəyilə öhdəliklər götüren “birinci katib” ac-yalavac gız-gelini alatorandan çölə apartdı. Dünənki günün acısı canından çıxmamış gız-gelin başının altına daş goyub çöldə yatdı.
Gördüyüm bir olmuşu yazıram. Bəydililə Abazovkanın arasında, Tut bağında, təpənin üstünde pambıg tarlasına doğru baxırdım. Abazovkalı oğlanlar, gızlar çöldə işləyirdilər. Birdən kəndin arxasından çıxan təyyarə aşağı enib quzğundək onların üstüne şığıdı. Gızlar yere oturub tumanlarını başlarına keçirdilər, oğlanlar, kişiler üzü üste toprağa serildiler. Zeher dumanı onların üstüne çökdü…
Yalana köklenmiş o illərdə tək gözlü traktorçu iki gözlüdən 150 ton çox pambıg yığdı, 18-20 yaşlı gızlar 40-50 yaşlı kişilərə pambıgçılığın inceliklerini öyrətməyə başladı. Respublikanın başçısı yığıncagların birinde pambıqyığan mexanizator gızın işdən sonra basketbol oynamasını vicdanı ağrımadan dedi. “Jurnalist”lər” ertesi gün gızın əlinə top verib şeklini çəkdilər, Respublika qazetleri şekli bir-birindən köçürüb çap etdi.
Temtaraqlı qonaqlıqlar, qarşılamalar ölkəsinə çevrilən Azerbaycan Sovet Sosialist Respublikası “iri addımlarla” “ölüm”ə doğru irəliləyirdi. “Çənnet görmek istəyəni” Moskvadan keçici gırmızı bayraglar alan Azerbaycana çağırır, bu “cənnətin” “gözellikler”ini gonaglardan gizlətmek üçün aeroportdan Bakıyadek 30 km yola insandan çəpər çəkirdilər.
O illərdə şəhərlərin sayını da “po sovetski” artırırdılar. Bir gecede “yaradılan” şəhərlərə “zamanəmizin ən böyük dövlət xadimləri”nin adını verən “birinci katib”lər, tarixə qara yara kimi düşdüklerini anlamadılar.
Şəhər “otçotu” verməyə alışqın “ağalar” Azerbaycan Türklərinin ən gedim ellerinden olan Bəydili Elinin yurdunu Puşkinə qatdılar. Bununla da, Türklərinin Muğandakı Biləsuvardan sonra ən önəmli göstericisi – Bəydili xeritədən silindi. Bu, yolverilməzdir!
Bəydili toponimi Türklərin soy kökünün ən danılmaz göstəricilərindəndir. Bu adı itirmek olmaz! Fikrimcə, şəhərin başçıları Əzizbəyov kanalının üstünde gösterici tikib orada aşağıdakılara benzer sözler yaza bilərlər: Bəydili – Türk Ellerindən birinin adı. Bəydililer: sayları, eləcə də başqa bilgiler…
1-ci SÖZARDI: Bəydilinin Puşkinə gatılmasına garşı yazılmış bu məktubu rayona göndərmişdim. Rayonda başga garşıçıxanlar da olmuşdu. Bir neçə ildən sonra Məhsul qəzetində Puşkin rayonunun adının Bilesuvar edilmesinin gerekliyini yazdım. Bir neçe günden sonra bəydilili müellim Rəhim Quliyev də rayon qəzetində Biləsuvarın adının gaytarılması ile bağlı yazı yazdı.
2-ci SÖZARDI: Bir neçə ilden sonra Beydilinin adını qaytardılar. Bu gün Bəydili yaşayır, sonsuzadək də yaşamalı, Türkü, türklüyü yaşatmalıdır.


FƏLSƏFƏ ELMLƏRİ DOKTORU PROFESSOR YADİGAR TÜRKEL
14 fevral 2021-ci il.

Bizimlə oxuyun
Verified by MonsterInsights