QHT-lərin peşəkarlığının artırılması istiqamətində ciddi addımlar atılıb

ELAZ.İNFO xəbər verir ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yaradılmasından 4 il ötür. Bütün, QHT təmsil edən nümayəndələr, əlbətdə ki, başda milli maraqlar olmaqla, vətəndaş cəmiyyətinin daha layiqli, daha fəal, daha qayğılı təmsilçiləri olmaq üçün daim çalışırıq və calışacağıq.

Hər bir nüfuzlu QHT rəhbəri arxasında dövlətin dayandığını hiss edib, gördüyü işlərlə və öz fəaliyyəti ilə daha böyük işlərə imza atmağa calışıb.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi son 4 ildə daha səmərəli fəaliyyət göstərərək, real nəticələrə nail olub. Agentlik həm QHT-lərə maddi və təşkilati dəstək verib, həm də ölkəmizin milli maraqlarını qoruyan paralel bir siyasət yürütməyə çalışıb.

Demək olar ki, 4 il müddətdə bir sıra mühüm dəyişikliklərə imza atılıb. Beynəlxalq platformalarda Azərbaycan QHT-lərinin təmsilçiliyi əhəmiyyətli dərəcədə genişlənib, nüfuzlu təşəbbüslərlə çıxışlar edilib. Qeyd etmək istəyirəm ki, orta və böyük həcmli qrant layihələrinin maliyyələşməsi məsələsi öz həllini tapdıqdan, sonra QHT-lərin peşəkarlığının artırılması istiqamətində ciddi addımlar atılıb. Təlimlər təşkil olunub. QHT sektorunun imicinin və ictimai etimadının müsbət yöndə formalaşmasına nail olunub.

Əlbəttə ki, bizi qarşıda daha geniş fəaliyyət proqramları, yeni çağırışlar, bir çox yeni vəzifələr gözləyir. Bu xoş və əlamətdar gün münasibətilə QHT Agentliyinin rəhbərliyini, eyni zamanda, bütün kollektivini səmimi-qəlbdən təbrik edir, uzunmüddətli, yeni baxışlı əməkdaşlığa görə təşəkkürümü zü bildiririk. Uğurlarınız davamlı olsun!

Esmira RƏHİMOVA

Bizimlə oxuyun
Verified by MonsterInsights